Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib

13-01-2018, 04:41
Oxunub: 77
"Biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirlərini eşitməyə vadarıq”


ABŞ-ın sabiq dövlət katibi və hazırki prezident Donald Trampın prezidentlik postuna əsas rəqibi olmuş Hillari Klinton ABŞ liderinin “irqçi baxışlarını” tənqid edib.

Report-un məlumatına görə, bununla bağlı H. Klinton "Twitter"də yazıb.

"Səkkiz il əvvəl baş vermiş dağıdıcı zəlzələninn ildönümü günü faciəni yada salmaq, dözümkar Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirlərini eşitməyə vadarıq”, - deyə H. Klinton qeyd edib.

Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin "çirkab deşiklər"dən gəldiklərini deyib.

Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyati quruma çağırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti