Bertran Rassel: Fəlsəfənin gündəlik dəyəri

13-01-2018, 10:00
Oxunub: 1881
Rassel üçün fəlsəfənin əsas vəzifəsi sülhə, daha açıq ifadə etsək, fərdi sükunətə və dünyada sülhə rəhbərlik etməkdən ibarət olmuşdur


Hal-hazırda bir çox müəllimlər və fəlsəfə tələbələri sadəcə maliyyə kəsirlərindən deyil, dəyərin yalnız cihazlar vasitəsilə və maddi cəhətdən ölçülməsinə doğru istiqamətlənmiş, daha geniş yayılmış və daha az ölçülə bilən bir mədəniyyət dəyişkənliyinə görə bu mövzunun təhdid altında olduğunu hiss edirlər.

Lakin biz fəlsəfəçilər öz şəxsi intizamımızı qorumağa çalışdıqda isə fəlsəfənin nəyə görə vacib olduğu sualı bəzən əhəmiyyətini itirir. Daha vacib məsələ odur ki, bəlkə də fəlsəfəni qorumağa çalışdıqda öz şəxsi dolanışığımızı təmin etmiş oluruq. Burada bir ironiya mövcuddur, çünki fəlsəfəçilər özlərinin məşğul olduqları hər cür mövzu ilə bağlı yüksək bir obyektivliyə qovuşduqlarını zənn edirlər və onu elə də təqdim edirlər.

 Fəlsəfəçilərin, fəlsəfənin dəyərinin üzərində dayanmaqdan imtina etməyin vacib olduğunu ya da mühakimə etməyin və fəlsəfə tarixindəki hər şeyi bilməyin qürur duyulacaq bir hadisə olduğunu iddia etmirəm. Ancaq fəlsəfənin əhəmiyyət kəsb etməsində obyektivlik mövzusu haqqında Bertran Rasselin fikirlərini dinləmək bizə gözəl bir səbəb yaradır. Rassel bir filosofdan daha artıq idi: o, eyni zamanda bir riyaziyyatçı, sülh qoruyucusu, müəllim, müasir elmin təbliğatçısı və mədəniyyət tənqidçisi idi. İşlərin genişliyi və sahəsi, fəlsəfə və digər araşdırma mövzuları arasındakı əlaqələri dəyərləndirməsi onu fəlsəfənin dəyəri üzərinə düşüncələrini bildirmək üçün çox yaxşı bir mövqeyə gətirirdi. Digər tərəfdən də, Rassel əvvəlki işləri ilə mübahisələrə girməsinə və öz peşə həyatını təhlükəyə atmasına rəğmən həqiqət axtarışına özünü həsr etmiş olduğunu yenidən gözlər önünə sərmişdi.

 1946-cı ildə “Philosophy of  Laymen" (Dünyəvilik fəlsəfəsi) adlı məqaləsində Rassel fəlsəfənin təbiətini, məqsədini və əhəmiyyətini qələmə alaraq, burada fəlsəfi sorğulara dair bir çox suallardan siyahı tərtib etməyə başlamış və bu suallar məqalənin özəyini təşkil etmişdi. İndi isə bu suallardan bəzilərinə diqqət yetirək: Necəsə ölümdən xilas ola bilərikmi və əgər xilas ola bilsək, bir müddətliyinə, yoxsa sonsuza qədər xilas olmuş sayılırıq? Ağıl maddəyə hökm edə bilərmi, ya da maddəmi ağla tamamilə hökm edər və ya bir ehtimal hər ikisinin də müəyyən edilmiş azadlığı varmı? Kainatın bir məqsədi varmı, yoxsa kor tələblər tərəfindən idarə olunur? Ya da kainat tapdığımızı düşündüyümüz və bizim nizam sevgimizdən doğan və fantaziyadan ibarət olan təbiət qadağalarının olduğu, qarmaqarışıqlıq və xaosdanmı ibarətdir? Əgər kosmik bir nizam mövcuddursa, ehtimallarımıza yol göstərəcək astronomiya, yoxsa həyat daha çox əhəmiyyətə sahibdir? Yoxsa  həyata verdiyimiz əhəmiyyət təkcə qəzəb və dar görüşə malik olmaqdan ibarətdir?

Rasselin burada bir çoxlarının fəlsəfi olduğu qədər ümumi mənada dini olaraq da qəbul etdiyi, fəlsəfənin daha “kosmik” problemlərinə fokuslanması diqqət çəkdi. Xarakteri etibarilə Rassel bu tərz suallara cavab verə bilmədiyi və başqa birinin də cavab verə bilməyəcəyinə inandığını ifadə edərək aqnostikliyini açıqlamışdı. Bununla bərabər, Rassel  “Əgər bu suallar unudulursa, ya da kifayət qədər dəlil olmadan qəti cavablar qəbul edilirsə, insanların həyatı səmərəsizləşir” kimi fikrini də açıqlamışdı. Bu səbəblə, fəlsəfənin əsas məqsədi bu suallara olan  marağı həmişə canlı tutmaq və veriləcək hər hansı bir cavabı diqqətlə analiz etməkdən ibarət olmuşdu.

 Rassel  kosmik qavrayış və dəyərin, mövcud olan etik və mənəvi əhəmiyyətli suallar üzərində dayanan həyat forması ilə fəlsəfənin antik bir qavramını canlandırırdı (Əlbəttə,bu terminlərlə nə demək istədiyimiz filosofların məşğul olduqları başqa bir mövzu olaraq diqqət mərkəzindədir). Rassel burada bizə xatırladır: Antik Yunan adət-ənənəsində fəlsəfə, bəsitcə teorik bir tətbiq deyildi, sadəcə o zamanlar filosoflar kifayət qədər professional düşünmürdülər. Rassel “Sokrat və Platon, sofistlər tərəfindən şoka salındı, çünki sofistlərin dini məqsədləri yox idi” deyə yazırdı və  bir çox Antik Yunan filosofları “gələcəkdəki dövrlərin monastır nizamını müəyyən bir şəkildə xatırladan cəmiyyətlər qurdu” deyə əlavə edirdi.

Sokrat "Dövlət"də filosofun həqiqət axtarışının ruhun nədən ibarət olduğunu və onun hansı yaxşılıqları ehtiva etdiyini teorik olaraq  aydınlaşdırması üçün, bütün ruhunun yaxşılığa doğru yenidən istiqamətlənməsini də əhatə etdiyini müdafiə edirdi. Aristotel bu fikri insanlığımızın gətirdiyi xoşbəxtlik və məmnuniyyət ilə təcrübədə bizim üçün yaxşı olana görə fərdimizi necə yaratdığımızı göstərən xeyirxahlıq etikası yoluyla inkişaf etdirdi. Rassel isə bu düşüncəyə əlavə kimi “əgər fəlsəfə mütəxəssis insanların həyatında vacib bir rol oynayırsa, bəzi həyat formalarını müdafiə etməkdən əl çəkməlidir”  şəklində fikrini qoruyaraq bu ənənəyə qoşulurdu. Yaxşı yaşayışın fəlsəfi və dini yanaşmalar arasındakı  əsas fərqliliklərini isə aşağıdakı kimi təsbit edirdi: Fəlsəfə bir adət-ənənənin və ya müqəddəs bir kitabın nüfuzuna edilən hər hansı bir şikayəti rədd etməlidir və bununla bərabər filosof heç bir kilsə inşa etməyə çalışmamalıdır.

Rassel açıq şəkildə nüfuzunu dinin özü olaraq görürdü və fəlsəfənin təməli isə qəti bir şəkildə dinə qarşı idi. Etik istiqamətli bir şübhəçilik, onun düzgün bir fəlsəfi həyat anlayışının qəlbində uyuyurdu. Rassel üçün fəlsəfənin əsas vəzifəsi sülhə, daha açıq ifadə etsək, fərdi sükunətə və dünyada sülhə rəhbərlik etməkdən ibarət olmuşdur. Rassel “Doqmatizm sülhün düşmənidir və demokratiyaya qarşı çətin bir maneədir” deyə fikrini açıqlamışdı. O, ən kiçik fəlsəfi təhsilin belə millətçi, məzhəbçi mənfəətlər və demokratiya adına danışılan “qana susamış axmaqlığın” sonrasını görə bilməyəcəyini müdafiə edirdi.

1946-cı ildəki məqaləsində Rassel “laymen” (dünyəvi kimsə) oxuyucularına həssas mövzular haqqında daha obyektiv düşünməyi öyrətmək üçün aşağıdakı üsulu məsləhət görürdü: Siyasi fikirləri ifadə edən bir cümlədə güclü, fəqət hər oxucuda fərqli duyğu canlandıran sözlər olanda onları A, B, C kimi simvollarla dəyişdirməyə və bu simvolların xüsusi əhəmiyyətini unutmağa çalışın. A-nın İngiltərə, B-nin Almaniya, C-nin Rusiya olduğunu fərz edək. Hərflərin mənasını yadda saxladığımız müddətdə inanacağımız şeylərin bir çoxu məntiqi olaraq əlaqəsiz olan ingilis, alman və ya rus olub olmamağınıza bağlıdır.

Əlbəttə, bu üsulu öyrənmək daha çox böhran, stress ya da emosional coşğunluq zamanlarında tətbiq etməkdən daha asandır. Lakin fəlsəfənin sadəcə intellektual məşq olmadığı, eyni zamanda Aristotelin də açıq-aydın söylədiyi kimi səbir edilməsi lazım olan eksiztensial bir vəzifə olduğu anlaşılır. Rasselin dediyi kimi: məlum olmayana dözmək çətin olsa da, digər fəzilətlərin bir çoxu da belədir. Hər bir fəzilətin öyrənilməsi üçün bir nizam-intizam var və şübhəli olan hökmlərin öyrənilməsi üçün isə ən yaxşı intizam fəlsəfədir.

                                                     Müəllif: Kler Karlayl
Tərcümə: Nəcəf Əsgərzadə
Mənbə: "The Guardian"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti