Türkiyə ordusu son bir ildə zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

12-01-2018, 19:49
Oxunub: 110
2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib


Türkiyə Silahlı Qüvvələri son bir il ərzində 7 min 16 terrorçunu zərərsizləşdirib.

Report "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, 2017-ci ildə Türkiyə ordusu terrorçu PKK qruplaşmasının 46 aparıcı üzvü daxil olmaqla 3 min 239 üzvünü, İŞİD terror təşkilatının isə 3 min 777 terrorçusunu məhv edib.

Açıqlamaya görə, 2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib.

Ötən ildən bu günədək 9 min 236 əməkdaşı Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti