Qazaxıstan iqtisadiyyatı 2017-ci ildə 4% artım göstərib

12-01-2018, 19:19
Oxunub: 26
İşsizlik 5% təşkil edib


2017-ci ildə Qazaxıstanda 4% iqtisadi artım qeydə alınıb.

Report "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenov verib. Nazir 2017-ci ildə ölkədə 7,1% inflyasiya qeydə alındığını qeyd edib.

İqtisadiyyatın əsas hərəkətverici sahələri istehsal, investisiya fəallığının artması, daxili tələbin yüksəlməsi olub. İqtisadi artımda qeyri-neft sektorunun payı 60% təşkil edib. İqtisadiyyatın, demək olar ki, bütün sahələrində istehsalın artımı qeydə alınıb.

Ən çox artım 7,1%-lə sənayedə, 4,8%-lə nəqliyyatda, 3,3%-lə rabitədə və 3,2%-lə ticarətdə olub. Emal sənayesi 5,1%-lə son 5 ilin maksimum artımına nail olub. Əczaçılıq sektoru 41,8% artım göstərib. Xarici ticarət dövriyyəsi illik müqayisədə 25,1% artaraq 69,5 mlrd. dollar, işsizlik 5% təşkil edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti