Bakıda səfirliyin dəstəyi ilə konsert keçiriləcək

12-01-2018, 20:06
Oxunub: 132
"Bizim ikitərəfli münasibətlərimiz çox yaxşı səviyyədədir"


Yanvarın 27-də Bakı Beynəlxalq Muğam Mərkəzində, 28-də isə "The Landmark" hotel və biznes mərkəzində məhşur İsveçrəli buqi-vuqi və blüz ifaçısı Silvan Zinqin təqdimatında "Buqi-vuqi" konserti keçiriləcək. Silvan Zinq buqi-vuqi və blüz janrında ifa edən istedadlı pianoçudur.

İsveçrənin Azərbaycandakı Səfirliyi, Beynəlxalq Muğam Mərkəzi və "The Landmark"ın birgə əməkdaşlığı ilə Zinqin yaradıcı perfomansı təqdim olunacaq.

Bu gün baş tutan mətbuat konfransda çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filip Ştadler konsert barədə məlumat verib. Nitqinə hər kəsin Yeni ilinini təbrik edərək başlayan səfir daha sonra konsertin təşkil olunma məqsədini açıqlayıb:

“Keçən il təşkil olunan caz festivalında İsveçrənin caz qrupunun da işitrakı çox böyük uğur gətirdiyinə görə qərara gəldik ki, bu il də belə bir konsert təşkil edək. Buqi-vuqi sadəcə musiqi deyil, həm də rəqs növüdür. Biz xüsusi bir qrup gətirməmişik, amma cənab Silvan Zinq çox məhşur musiqçidir, o özü Beynəlxaq Buqi-vugi Festivalı təşkil edir.

Məqsədimiz sadəcə konsert və tədbirlər təşkil etmək deyil, həmçinin musiqi vasitəsilə insanlar arasında körpü qurmaqdır".

Bakıda səfirliyin dəstəyi ilə konsert keçiriləcək

Səfir həmçinin Gəncədə fotosərgi keçirilməsi planlaşdırıldığını da bildirib.  


Səfir bir neçə il əvvəl Azərbaycanla İsveçrə arasında yaranmış gərginliklə bağlı jurnalistlərin verdiyi sualı cavablandırarkən bildirib ki, bu, keçmişdə qalmış məsələdir:

"Bəli gərginlik yaşanmışdı. Lakin bu çox pozitiv formda öz həllini tapıb və artıq keçmişdə qalmış bir məsələdir. Artıq bizim ikitərəfli münasibətlərimiz çox yaxşı səviyyədədir".

Bakıda səfirliyin dəstəyi ilə konsert keçiriləcək

Etatist.com
Cavid Əliyev
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti