"Nordstar" aviaşirkəti Norilskdən Bakıya yeni aviareys açır

12-01-2018, 18:03
Oxunub: 196
Yeni marşrutla aviareysin istifadəyə verilməsi ilə Azərbaycan paytaxtına uçuşların sayı həftədə 2 dəfəyədək artırılacaq


Rusiyanın “Nordstar” aviaşirkəti martın 5-dən etibarən Norilsk-Samara-Bakı marşrutu ilə uçuşlara başlayacaq.

Report bu barədə TASS-a istinadən xəbər verir.

Yeni marşrutla aviareysin istifadəyə verilməsi ilə Azərbaycan paytaxtına uçuşların sayı həftədə 2 dəfəyədək artırılacaq. Uçuşlar "Boeing-737-800" layneri ilə həyata keçiriləcək. 

Hazırda aviaşirkət Bakıya uçuşları Ufa şəhərindən keçməklə həyata keçirir. 

“Nordstar” aviaşirkəti “Nornikel” şirkətlər qrupuna daxildir və ildə 1 mln. sərnişin dövriyyəsi ilə Rusiyanın iri aviaşirkətləri sırasındadır. Şirkətin aviaparkı "Boeing-737-800" və "ATR-42-500" təyyarələrindən ibarətdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti