Yaponiyada ilk kriptovalyuta fondu fəaliyyətə başlayır

12-01-2018, 17:19
Oxunub: 21
Fondun məqsədi "Bitcoin" və digər kriptovalyutalara investisiya qoymaq olacaq


Tokionun araşdırma və informasiya holdinqi olan "Fisco" bu ayın sonunda 300 mln. yendən (2,7 mln. dollar) artıq olan kriptovalyuta fondunu işə salacaq.

Report "Novator.io" saytına istinadən xəbər verir ki, Fondun məqsədi "Bitcoin" və digər kriptovalyutalara investisiya qoymaq olacaq.

Yaponiya və ondan kənarda səhm, xarici birjalar, istiqrazlar və əmtəə aktivlərini əhatə edən Holdinqin yeni investisiya fondu xüsusilə kriptovalyutalara investisiya yatırımları üçün nəzərdə tutulub. "Nikkei" birjasının hesabatına görə, "Fisco" cəlb edəcəyi kapitalla yanaşı öz vəsaitlərindən də sərmayə kimi istifadə edəcək.

Fond kriptovalyutaların qiymətinin artması ilə yanaşı, müxtəlif birjalarda yaranan arbitrajdan istifadə edərək mənfəət əldə etməyə çalışacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti