Bu il quraşdırılacaq modul tipli məktəblərin siyahısı açıqlanıb

12-01-2018, 16:39
Oxunub: 142
Bölgələrdə modul tipli 137 məktəb tikiləcək


Təhsil Nazirliyi 2018-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, bölgələrdə modul tipli 137 məktəb tikiləcək.

Modul tipli məktəblər Xaçmaz, Xızı, Quba, Şabran, Qusar, Siyəzən, İsmayıllı, Qobustan, Ağsu, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Qax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdaş, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar, Zərdab, Göyçay, Kürdəmir, Saatlı, Beyləqan, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik və İmişlidə inşa ediləcək.

Eyni zamanda, Xocavənd və Laçın məktəblərinin də bir neçəsi modul tipli olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti