Ötən il AİF 15 mln. manat mənfəət əldə edib

12-01-2018, 15:33
Oxunub: 120
Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat təşkil edib


2017-ci il “İpoteka və Kredit Zəmanət Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olub.

Fonddan APA-Economics-ə verilən xəbərə görə,  ötən ilin sonuna 2016-cı illə müqayisədə  Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln. manat) 2,1 dəfə artaraq 15 mln. manat təşkil edib.

2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi  potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti