"Bitkoin bu il 1800 dollara kimi ucuzlaşa bilər"

12-01-2018, 14:59
Oxunub: 110
"İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb"


Qlobal kriptovalyuta bazarında böyük çöküş proqnozlaşdırılır. 

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu "Wall Street"də fəaliiyət göstərən "Quinlan & Associates" konsaltinq şirkəti verib.

Şirkətin hesabatında bildirilir ki, bitkoinin qiyməti cari ilin dekabr ayınadək hazırkı səviyyədən, təqribən, 8 dəfə azalaraq 1 800 dollara enə bilər. 156 səhifəlik hesabatda bitkoinin qızıl kimi investisiya vasitəsi və ödəmə aləti funskiyası olaraq dəyərindən çox baha olduğu bildirilib: "İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb". 

Daha sonra qanuni satışda və "qara bazar"da istifadə olunma amillərini hesablamalara qatmaqla bitkoinin 1 780 dollar qiyməti olduğu ortaya çıxıb. Hesabatda qeyd olunub ki, kriptovalyuta bazarının kapitallaşmasının ilin sonunadək 70% daralaraq 223 mlrd. dollara enməsi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti