Türkiyə və Rusiya XİN rəhbərləri Suriya böhranını müzakirə edib

12-01-2018, 14:22
Oxunub: 86
S. Lavrov və M. Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər


Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Lavrov və M. Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər.

Qeyd edək ki, Suriya hərbi təyyarələrinin atəşkəs bölgəsi elan edilən İdlibi bombalaması Türkiyənin etirazına səbəb olub. İdlibdə atəşkəsin təminatçısı olan ölkələr Türkiyə, Rusiya və İrandır. İdlibin bombalanması ilə əlaqədar Rusiya və İran səfirləri Türkiyə Xarici İşər Nazirliyinə çağırılıb, onlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti