Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub

12-01-2018, 14:17
Oxunub: 42
Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır


ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.

APA-nın məlumatına görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.

Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti