Avtobusda 5 qəpik üstündə dava

4-05-2013, 15:19
Oxunub: 1447


Hadisə "Neftçilər” metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib. Avtobus sürücüsü ilə sərnişin arasında 5 qəpik üstündə dava düşüb. 

Etatist.com-un Day.az-a istinadən verdiyi xəbərə görə, hadisə "Neftçilər" metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib. Binə qəsəbəsində dayanacaqda düşmək istəyən sərnişin Mahir Cəbiyev Namiq adlı avtobus sürücüsünə 30 qəpik verib. Lakin sürücü gediş haqqının 35 qəpik olduğunu bildirib.
Sərnişin üstündə pul olmadığını deyəndə avtobus sürücüsü tərəfindən təhqirə məruz qalıb və tərəflər arasında dava baş verib.

Nəticədə sürücü və sərnişin Xəzər rayonunun 1 saylı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Dava iştirakçıları ifadə verdikdən sonra barışıblar və sərbəst buraxılıblar.
Şərhlər : 1 Şərh yaz
Adam 6 may 2013 08:11  
Gediw haqqi 35 qepikdir. 40 qepik verirsen surucuye 5 qepik qaligi qaytarmir. Bezi hallarda deyende ki qaligi qaytar, deyir xirda yoxdur. Ancaq 5 qepik eskik verende gediw haqqini, walvarini cekir bawina.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti