“Petkim”in istiqrazlarını xaricdə yerləşdirəcək şirkətlərin adı məlum olub

12-01-2018, 10:43
Oxunub: 26
İstiqrazlar 2018-ci ilin dekabrın 22-dək tədavüldə olacaq


“Petkim Petrokimya Holding A.Ş.” ümumi nominal dəyəri 500 mln. ABŞ dolları olan istiqraz emissiyasını xaricdə yerləşdirəcək şirkətlərin adı açıqlanıb.

APA-Economics-in məlumatına görə, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.

Bildirilir ki, istiqrazların emissiyası üçün “Goldman Sachs International” və “JP Morgan Securities Plc”-yə anderrayter qismində səlahiyyət verilib.

İstiqrazlar 2018-ci ilin dekabrın 22-dək tədavüldə olacaq.  

Qeyd edək ki, Türkiyənin Sərmayə Bazarı Qurumu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

Xatırladaq ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər istiqraz emissiyası planlaşdırdığı barədə məlumat yayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti