Bolqarıstanın baş naziri Azərbaycana səfərə gələcək

12-01-2018, 10:39
Oxunub: 73
Bakıya səfəri yanvarın 16-da başa çatacaq


Bolqarıstanın Baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycana səfərə gələcək.

Report xəbər verir ki, B.Borisov Bakıya səfəri zamanı rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı tərəflər ikitərəfli əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

Bolqarıstanın hökumət başçısının Bakıya səfəri yanvarın 16-da başa çatacaq və o, Strasburqa gedəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti