Azərbaycan millisi Antalyada daha bir yoxlama oyunu keçirəcək

12-01-2018, 10:32
Oxunub: 184
Qarşılaşma 19:00-da start götürəcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək. Report-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Yanvarın 16-da keçiriləcək görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlanacaq. 

Qeyd edək ki, Azərbaycanın U-21 millisi yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti