Azərbaycanda rublun məzənnəsi 7 aylıq maksimuma çatıb

12-01-2018, 10:03
Oxunub: 21
Dolların qlobal valyuta bazarında mövqelərinin zəifləməsi amili olub


Azərbaycanda Rusiya rublunun rəsmi məzənnəsi son 7 ayın maksimal səviyyəsinə çatıb və bu gün 0,0301 manat təşkil edib. 

Report xəbər verir ki, 2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra rublun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 6-da (0,0324 manat) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il dekabrın 18-də (0,0148 RUB/AZN) olub. Hazırda rublun məzənnəsi maksimal həddən 7,1% aşağıdır.

"Report" xəbər verir ki, Azərbaycanda rublun bahalaşmasına səbəb Rusiyada ABŞ dollarının məzənnəsinin azalması amili olub. Belə ki, Rusiyada dollar son 7 ayın minimal səviyyəsi - 56,4285 rubla geriləyib. Geriləməyə səbəb isə neft qiymətlərinin yüksəlməsi və dolların qlobal valyuta bazarında mövqelərinin zəifləməsi amili olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti