Brent markalı neft bahalaşıb

12-01-2018, 09:48
Oxunub: 82
Neftin 1 barelinin dəyəri 70 dollara yüksəlib


Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

APA-Economics xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,28% azalaraq 63,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,03% artaraq 69,28 dollar olub.

Qeyd edək ki, ötən gün ICE London qitələrarası birjasında 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara yüksəlib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti