Tərcümə Mərkəzi Orfoqrafiya lüğətində xeyli qüsur aşkarlayıb

11-01-2018, 11:29
Oxunub: 196
Orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir


Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb.

Report-un məlumatına görə, mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.

Kitabda bildirilib ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. “Azərbaycanda Orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.

Tərcümə Mərkəzinin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipal qüsurlar aşkarlanıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məsələn, “ab”, “aba”, “abxor”, “çakər”, “canfəza”, “danişgah”, “dəh”, “abi-həyat”, “əhıi-eşq”, “dərdi-sər” kimi minlərlə söz və izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər? 

İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, “abaksial”, “abandon”, “abatment”, “dedveyt”, “dzeren” və s. kimi sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Burada söhbət yalnız beynəlmiləl terminalogiyadan deyil, milli söz-terminlərdən də gedir. Məsələn, “cərgəarasıseyrəklik”, “çoxmemarlılıq”, “dimdikşəkillilik” kimi terminoloji vahidlər orfoqrafiya lüğətində heç bir funksiya daşımır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti