Rusiya AŞPA-nın sessiyasına nümayəndə heyəti göndərməyəcək

11-01-2018, 10:58
Oxunub: 99
AŞPA-nın sessiyası yanvarın 22-26-da keçiriləcək


Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına nümayəndə heyəti  göndərməyəcək.

Report xəbər verir ki, bunu Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb assambleyanın reqlamentində milli nümayəndə heyətlərinin diskriminasiyadan qorunması üçün dəyişikliyin edilməməsidir.

Qeyd edək ki, Krımın ilhaqından və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə qarşı sanksiya tətbiq olunub. 2014-cü ilin aprelindən Rusiyanın nümayəndə heyəti AŞPA-da əsas səlahiyyətlərdən, səsvermə hüququndan məhrum edilib. 2015-ci ildə assambleyada Rusiya nümayəndə heyətinin səlahiyətlərinin bərpası məsələsi iki dəfə gündəliyə çıxarılsa da sanksiya qüvvədə qalıb.

Xatırladaq ki, AŞPA-nın sessiyası yanvarın 22-26-da keçiriləcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti