"Azərkosmos" ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb

11-01-2018, 10:56
Oxunub: 325
Bu barədə Nazirlər Kabineti qərar qəbul edib


"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

Report xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarına əsasən, "Azərkosmos" ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti