Sərhədlərin ötəsində - Xəlil Cübran

11-01-2018, 12:17
Oxunub: 2921
O, mədəniyyətləri birləşdirən, bir neçə qitədə yaşayan və özünü yazılı olaraq ifadə edən intibah adamı idi


Yüksələn populizm, qorxu və əcnəbi düşmənçiliyi dövründə eşqə, multikulturalizmə, ilhama və gözəlliyə dair, sərhədləri və nəsilləri aşan insanın həyatını və əsərlərini xronoloji olaraq əks etdirən parlaq və zəngin bir kitab oxumaq üçün necə də uyğun zamandır.

Bu böyük nəslin qurucularına bunları deyə biləcəyinizi düşünürəm: "Bax buradayam. Gənc. Gənc bir ağac. Kökləri Livanın təpələrindən qoparılmış. Lakin yenə də mən burada çoxköklü bir şəxsəm. Və daim faydalı olacağam".

Sərhədlərin ötəsində - Xəlil Cübran

Cübranın Suriya mənşəli amerikalılara mesajı (Əbu-Fadil)

Bu vaxtsız deyilmiş sözlər Xəlil Cübran (digər adı ilə Cübran Xəlil Cübran) tərəfindən 1926-cı ildə “The Syrian World” jurnalının giriş yazısında suriyalı amerikalılar üçün qələmə alınan mesajın bir hissəsidir və bu mesaj az qala bir əsr sonra belə çox daha inandırıcıdır. 

O, mədəniyyətləri birləşdirən, bir neçə qitədə yaşayan və özünü yazılı olaraq (ərəbcə və ingiliscə) ifadə edən intibah adamı idi. Duyğularını sənətkarlıqla ifadə etdi; qəlbi və ruhu Livan dağlarının ətəklərindəki Bişaridə qalmış beynəlxalq şöhrətə çevrildi.

Sərhədlərin ötəsində - Xəlil Cübran

"Eskiz" kitabından avtoportreti. Xəlil Cübran qoyun otarır. 1890-cı illərin sonlarına doğru. 
(Soumaya muzeyi, Fundakiyon Karlos Slim, Mexiko şəhəri)

Xəlil Cübran: "Sərhədlərin Ötəsində" "Peyğəmbər"dən (1923) zövq almış, "Dəli" (1918) üstündə baş ağrıtmış, "Qırıq qanadlar" (1912) ilə başqa diyarlara yelkən açmış, "İnsanoğlu İsadan" (1928) sehirlənmiş və məhsuldar bədii portfeli ilə hipnoz olmuş hər kəs üçün mütləq oxunmalı olan bir kitabdır.

Sərhədlərin ötəsində - Xəlil Cübran
"Peyğəmbər"lə bağlı qeydlərindən, 1920-ci illər (Soumaya muzeyi)

"Əzizim, Blanş. 1883-ci ildə yanvar ayının 6-da dünyaya gəlmişəm. Doğum da ölüm kimi bir əfsanədir. Qəribəsi budur ki, sözlər və simvollara olduğu qədər miflərə də inanırıq" - nəşriyyat evinin redaktoru Blanş Knopfa dedi.

21 fəsil və 524 səhifədən ibarət olan bu kitab Interlink nəşriyyatı tərəfindən çap olunmuş, bütün ləzzətli təamların qəbul edilməsi üçün araqla (vətəninə məxsus bir içki) təqdim edilən, çox dadlı çərəz (başlanğıclar), əsas yemək və şirniyyat xidməti kimidir.

Sərhədlərin ötəsində - Xəlil Cübran

"Sərhədlərin ötəsində" kitabının üz qabığı (Soumaya muzeyi)

Müəlliflər, yəni Cübranın uzaq qohumlarından olan əmisi oğlu və xanımı Jan oxuculara bir sıra məlumat, arxiv fotoları, əl işləri, şəkillər, qəzet küpürləri, çap olunan əsərlərin surətləri, qeydlər, irs və sığınacaq barədə sənədlər, tədqiqatçıları, alimləri, müəllifin sözlərinin olduğu kitablardan, sitatlardan və təbrik kartlarına bələd olan sadə fanatları xoşbəxt edəcək geniş qaynaqlar təqdim edir.

Sərhədlərin ötəsində - Xəlil Cübran

Bişarinin Livan sədr ağacları (Əbu Fadil)


Kadişa dərəsinin üstündə bir kənddən, Cübranın doğulduğu torpaqlardan, hələ səkkiz yaşında ikən atasının mənimsəmə ilə günahlandırılaraq həbs olunduğundan və anasının uşaqlarını götürüb Amerikaya getməyə qərar verməyindən, istedadlarının inkişaf etməsindən dünya miqyasında məşhur olmasına qədər baş verən bütün bu hekayə epik bir Hollivud filmi ola bilər.

Kiçik yaşlarından orta təhsilinin olmamasına baxmayaraq, Cübran xristian kəndi olan Bişaridə bir Maronit kəndində təhsil alıb.

Yeni Dünyada ikinci ədəbi dili olan ingilis dilini öyrənmiş və nəhayət, Boston və Nyu Yorkda sərgilər açıb. Parisdə bir az fransızca öyrənərək sərhədsiz bir dünya ilə qarşılıqlı təsirə keçmişdir.

Lakin qarşılığında sevgi və nəzakətlə ədalətli mövqe tutulduğu görülmədikcə bu, bəzilərinin tamahkarlığa, bəzilərinin də aclığa düçarına səbəb olacaq.

Bu, bugünkü Livanda, Osmanlı İmperiyası rəhbərliyində keçmişdə daha böyük olan Suriya torpaqlarının bir hissəsi vəziyyətindəki "Oriental" bazasından fərqli mədəniyyətə vərdiş səyləri idi. İç dünyasındakı təlatümlər və araşdıran zehni onu inancını mühakimə edən dini liderlərlə də münaqişəyə sövq etdi.

Sərhədlərin ötəsində - Xəlil Cübran

Cübran ailəsinin 1895-ci ilin yazında Amerikaya getmək üçün
yola çıxmamışdan öncə birlikdə çəkdirdikləri son foto (Soumaya muzeyi)


Cübranın işi və səyahətləri onun bədii fotoqraf peşəsinin atası olan Fred Holland Dey, livanlı yazıçılar Mixail Nüaymə və Amin Rihan, psixoloq Karl Yunq, fransız sənətkar Avqust Rodin kimi önəmli şəxslərlə tanış olmasına vəsilə oldu.

Kitabları, məqalələri və dərin fikirləri Amerikanın köçkün nəşriyyatları ilə yanaşı, Amerika naşirləri və ərəb dünyasının Misirdəki başqa bir məşhur livanlı yazıçısı olan Jurji Zaidanın qurduğu "Dar əl-Hilal" tərəfindən də dərc olunub.

Sərhədlərin ötəsində - Xəlil Cübran

 Cübranın "Üsyankar ruhlar" kitabı Misirdə Dar əl-Hilal tərəfində 1912-ci ildə yayımlanıb


Həyatındakı qadınlar - anası Kamila, bacıları Sultana və Mariana, dostları Meri Haskel, Jozefina Pibodi, Emili Mişel, Hertruda Barri, yazıçı May Ziadə və digərləri qabiliyyətlərini formalaşdıran və zəngin bədii və ədəbi mühitin bir hissəsi olan kişi mentorları ilə həmkarları kimi silinməz bir iz qoydular.

Sərhədlərin ötəsində - Xəlil Cübran

"Qadınların çağı" kətan üstündə çəkilmiş yağlı boya, 1910. (Soumaya muzeyi)


Cübranın məktubları kitabda yer verilən bir başqa zəngin mənbədir və sənətkarın mübarizələrinə, qələbələrinə, məğlubiyyətlərinə və məhsuldarlıq mövzusundakı əzminə işıq tutur.


"... Dünən gecə onu təsəvvürümə gətirdim, Cənnət krallığının açarını insana verən o ilahı. Kaş sizə gözlərindəki küskün sevinci anlada bilsəydim. Yanında oturdum və onunla söhbət etdim, sanki həmişə onunla yaşamışam kimi. Ürəyimdəki həsrət bu gün digər bütün günlərdən daha çoxdur. Ruhum yaxşıya, gözələ ac və həsrət doludur. Yenə də nə yazıram, nə çəkirəm, nə də oxuyuram. Yalnız tək başıma və sakitcə otura bilirəm.."
                              

Sərhədlərin ötəsində - Xəlil Cübran

Cübran muzeyinin və sənətçinin əbədi uyuduğu yer - Mar Sarkis monastırı (Əbu Fadil)

Cübran uzunmüddətli xəstəlik dövrünün sonunda 1931-ci ildə vəfat etdi və nəşi məmləkətinə, Livan dağlarındakı Mar Sarkis monastırına tapşırıldı. Eyni zamanda Cübran muzeyi də burada yerləşir. 

Müəllif: Maqda Əbu-Fadil
Mənbə: "Düşünbil" portalı
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti