Nurçuları ifşa edəcək ikinci tədbir

4-05-2013, 12:28
Oxunub: 3511


Milli Fikir Mərkəzi, nurçuluğa qarşı daha bir tədbir keçirəcək.


Mərkəzin mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə, may ayının 5-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə Far Centerdə "Dövlət içində yapılanma – nurçuluq" mövzusunda mərkəz sədrinin məruzəsi ilə toplantı keçiriləcək. Keçən həftə baş tutan tədbirdən fərli olaraq bu tədbirdə, Fətullah Gülənin kitabları və nurçuların Azərbaycandakı fəaliyyəti haqqında söz açılacaq.

 

Bu tədbir də Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə keçiriləcək.

 

Xatırladaq ki, aprel ayının 28-də Far Centre-də keçirilməsi nəzərdə tutulmuş bu tədbirin sonradan yeri dəyişdirilmişdi.

 

Qeyd edək ki, tədbirdə hər kəs iştirak edə bilər. Tədbirdə iştirak etmək istəyənlər 070 537 21 84 nömrəsilə əlaqə saxlaya bilər.

Şərhlər : 1 Şərh yaz
Vusal 4 may 2013 20:14  
Cox xahis edirem kitablardan danisanda hec olmasa kitablarin ozunu de getirin ve iddialarinizi hemin kitablarin ozunu de getirin ve bir-bir gosterin. Eks halda deyilenler inandirici olmur. Ve mene de maraqlidi Azerbaycandaki meshur nur camaati. gorek kimlerdi. Amma bunlarda subutlu olsa yaxsi olar, daha liseyde usagi oxuyan adamlari nurcu sayacaqsinizsa bu olmaz. Konkret olaraq o camaatin icinde olan Azerbaycanli meshurlar vezifeliler kimlerdi onlari subutlarla meselen sohbetlerdeki videolari, sekilleri ile deseniz biz de oyrenerik.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti