Qlobal kriptovalyuta bazarında satış kəskinləşib

10-01-2018, 14:29
Oxunub: 208
Bu gün bitkoinin qiyməti 10%-ə yaxın azalma ilə 14 000 dollar səviyyəsindən aşağı düşüb


Qlobal kriptovalyuta bazarında yanvarın 7-də başlayan kütləvi satış bu gün daha da kəskinləşib.

Report xəbər verir ki, yanvarın 7-də 836 mlrd. dollar - rekord həddə qədər yüksələn kriptovalyuta bazarının kapitallaşması hazırda maksimal həddən 164 mlrd. və ya 19,6% aşağıdır.

Qeyd edək ki, bu gün bitkoinin qiyməti 10%-ə yaxın azalma ilə 14 000 dollar səviyyəsindən aşağı düşüb. Sərt satışlar bir neçə gündür "ripple"da da davam edir. "Ripple" son 6 gün ərzində 3,79 dollardan 1,75 dollara qədər geriləyib. Həmçinin, "Ripple" bazarda kapitallaşmasına görə 3-cü sıraya enib. Hazırda onun kapitallaşması 68 mlrd. dollara yaxındır və ikinci sırada qırarlaşan "Ethereum"dan 59 mlrd. və ya 46% azdır.

Kriptovalyuta bazarında kapitallaşmasına görə ilk 10-luqda yer alan valyutalardan bu gün ən çox qiyməti azalan "Ripple" (28%), "Stellar" (23%) və "Ccardano"dur (22%). Qiyməti artan yeganə valyuta isə "Ethereum" (+5,5%) olub.

Xatırladaq ki, "Bitcoin" 34% bazar payı ilə bazarda ən yüksək kapitallaşmaya sahib olan valyutadır. "Ethereum"un məcmu kapitallaşmada payı 18,7%, "Ripple"ın isə 10% təşkil edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti