Daha bir marşrut üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

10-01-2018, 11:20
Oxunub: 195
6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir


Bakıda 6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

Dəyişikliyə əsasən, 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək. Dəyişikliyə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti