Gürcüstanda güclü külək fəsadlar törədib

10-01-2018, 11:14
Oxunub: 405
Külək bir neçə ağacı maşın və elektrik xətlərinin üzərinə aşırıb


Gürcüstanda ötən gecədən əsən güclü külək paytaxt Tbilisi ilə yanaşı, digər şəhər və rayonlarda da fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü külək Tbilisidə bir neçə ağacı maşın və elektrik xətlərinin üzərinə aşırıb. Şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rustavi şəhəri, Telavi və Qurcaani rayonlarında güclü külək bir neçə evin dam örtüklərini uçurub. 

Güclü külək Tbilisi beynəlxalq hava limanının fəaliyyətinə də təsir göstərib. Hava limanında bir reys ləğv olunub, digər reys isə təxirə salınıb.

Qeyd edək ki, Gürcüstanda hava şəraiti yanvarın 9-da axşam saatlarından başlayaraq pisləşib. Bu gün günortadan sonra küləyin sürətinin tədricən azalacağı gözlənilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti