Aİ KXDR - Cənubi Koreya danışıqlarını alqışlayıb

10-01-2018, 10:03
Oxunub: 108
Bu haqda Aİ-nin rəhbəri Federiki Moqerininin bəyanatında deyilir


Avropa İttifaqı (Aİ) ümid edir ki, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqlar nüvə silahsızlaşdırması məsələləri üzrə dialoq üçün zəmin hazırlamağa imkan verəcək.

Report "RT"ə istinadən xəbər verir ki, bu haqda Aİ-nin rəhbəri Federiki Moqerininin bəyanatında deyilir.

"Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında bu gün yüksək səviyyədə danışıqlar münasibətlərin yaxşılaşmasına gedən yolda müsbət addımın təşkil etdiyinə arxayın edən siqnaldır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Aİ Şimali Koreyanın nümayəndə heyətinin Pxyonçxanda qış Olimpiya oyunlarında iştirakı haqqında birgə bəyanatı və hər iki tərəfdən hərbçilər arasında danışıqların keçirilməsini alqışlayır.

F.Moqerini ümid etdiyini bildirib ki, Koreya və Koreya Xalq Demokratik Respublikası Respublikasının arasında keçirilmiş danışıqlar və planlaşdırılan yeni əlaqələr Koreya yarımadasında sülh və sabitlik üçün əsas olacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti