Ərdoğanın xahişi rədd edildi

4-05-2013, 11:49
Oxunub: 1042


Yaponiyanın baş naziri Şinto Abe türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanın xahişini rədd edib.

Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, iki baş nazirin Ankaradakı görüşündə Ərdoğan Abedən Tokionun 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini götürməsini istəyib.
 
O, mövqeyini belə əsaslandırıb: "Tokio əvvəllər də olimpiadaya ev sahibliyi edib. İstanbul isə hələ bu şərəfə nail olmayıb. İnanıram ki, təklifimizi anlayışla qarşılayacaqlar”.
 
Abenin reaksiyası isə çox gecikməyib. Yaponiyanın baş naziri bildirib ki, Tokio 1964-cü ildə olimpiada təşkil etdiyi vaxt o, uşaq olub: "Biz bütün Yaponiyaya olimpiada zövqünü daddırmaq fikrindəyik. Lakin Türkiyə qələbə qazansa, ilk təbrik edən mən olacağam. Tokio seçiləcəyi halda isə hamıdan birinci Sizdən təbrik gözləyəcəyəm”.
 
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına İstanbul və Tokiodan əlavə, Madrid (İspaniya) də iddialıdır. Qalib şəhərin adı sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə açıqlanacaq. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti