Cəlilabadda orta əsrlərə aid maddi mədəniyyət nümunələri tapılıb

9-01-2018, 11:40
Oxunub: 158
İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb


Cəlilabad rayonu ərazisində orta əsrlərə aid olduğu güman edilən maddi mədəniyyət nümünələri aşkarlanıb.  

Report-un Aran bürosu xəbər verir ki, rayonun Xanəgah kənd sakini İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb.

Belə ki, güclü yağıntılar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub aparıb. Bu zaman qismən görünən insan sümükləri ev sahibinin diqqətini cəlb edib. Həmin yeri qazdıqda isə ərazidə insan sümüklərinin qalıqları, eləcə də məişət əşyaları aşkarlanıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, arxeoloji nümünələr orta əsrlərlərə qədər qorunmuş Zərdüştlük dini inancının nadir tapıntılarındandır. Burada dəfn olunmuş şəxslər də məhz bu dinin qanunları çərçivəsində dəfn olunub.

Kəllə sümüklərinin forma və ölçülərinindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları məlum olub. Məzarların yanında tapılan məişət əşyaları arasında boyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın yüksək inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Razayevin sözlərinə görə, mövcud tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxarda bilər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti