KXDR ilə Cənubi Koreya arasında danışıqlar başlayıb

9-01-2018, 10:03
Oxunub: 140
Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir


Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.

2015-ci ilin dekabr ayından bu yana aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir. Cənub nümayəndə heyətinə vəhdət naziri Ço Myon Qyon, Şimal nümayəndə heyətinə isə Koreya Sülh Vəhdət Komitəsinin sədri Ri Son Qvon rəhbərlik edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti