"Saudi Aramco"nun IPO-sunun anderrayterləri məlum olub

8-01-2018, 16:40
Oxunub: 147
2018-ci ildə həyata keçirilməsi gözlənilir


"Saudi Aramco" dövlət neft şirkətinin səhmlərinin ilkin emissiyasında (IPO) anderrayter qismində iştirak edəcək bankların adı məlum olub. Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-ın "Goldman Sachs" və "Citigroup" banklarıdır.

Həmçinin, şirkətin IPO-sunda "JPMorgan", HSBC və "Morgan Stanley"ə yer verilməsi gözlənilir. Səlahiyyətlərin verilməsi prosesinin bu həftə ərzində tamamlanacağı və iştirakçı bankların daha da artacağı gözlənilir.

Qeyd edək ki, S.Ərəbistanı "Saudi Aramco"nun IPO-suna 2016-cı ildə qərar verib. Analitiklər 2 trln. dollar dəyərində qiymətləndirilən neft şirkətinin səhmlərinin 5%-nin emissiyasından 100 mlrd. dollar gəlir əldə ediləcəyini proqnozlaşdırırlar. IPO-nun 2018-ci ildə həyata keçirilməsi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti