Bakıda 175 nömrəli marşrut xəttinin daşıyıcısı dəyişdirilib

8-01-2018, 14:57
Oxunub: 202
175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib


Yanvarın 13-dən Bakıda 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Baku Bus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Report Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, dəyişikliyə səbəb indiki daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. 

Belə ki, yanvarın 6-da çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Buna görə BNA hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verib. 

175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Artıq bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metro stansiyasına qədər hərəkət edəcək.

"175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq", - məlumatda qeyd edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti