Külli miqdarda pirotexniki vasitələr aşkar edilərək götürülüb

8-01-2018, 11:33
Oxunub: 42
920 qutu pirotexniki vasitələr aşkar edilib


Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən APA-Economics-ə verilən məlumata görə, həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti