Əfqanıstanda 9 "Taliban" döyüşçüsü öldürülüb

7-01-2018, 15:09
Oxunub: 93
Əməliyyat zamanı daha 18 silahlı yaralanıb


Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Gilmənd vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində "Taliban" radikal qruplaşmasının 9 döyüşçüsü öldürülüb.  

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin bəyanatında məlumat verilib.

Məlumatda qeyd edilir ki, əməliyyat zamanı daha 18 silahlı yaralanıb.

Həmçinin bildirilir ki, "Taliban" qruplaşmasının 3 səhra komandiri tutulub. Bununla yanaşı, silah və partlayıcı qurğular ələ keçirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti