İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 50 nəfəri ötüb

7-01-2018, 14:54
Oxunub: 306
Daha əvvəl zəlzələ zamanı 20 nəfərin xəsarət aldığı bildirilirdi


İranın Kermanşah vilayətində baş vermiş 5,1 bal gücündə zəlzələdə xəsarət alanların sayı 51 nəfərə çatıb.

Report xəbər verir ki, bu barədə "IRNA" yerli administrasiya nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranda 5,1 bal gücündə zəlzələ şənbə günü, gündüz saatlarında baş verib. Zəlzələnin episentri Sere-Pole-Zahab şəhərində (Kermanşah vilayəti) yerləşib.

Daha əvvəl zəlzələ zamanı 20 nəfərin xəsarət aldığı bildirilirdi.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti