Tramp Kim Çen Inlə danışıqlara hazır olduğunu bildirib

7-01-2018, 05:34
Oxunub: 317
“Bu o demək deyilmi ki, ABŞ ilkin şərtlər irəli sürmədən danışıqlara hazırdır?”


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə müəyyən şərtlər əsasında danışıqlara hazır olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident KXDR lideri ilə telefon danışıqlarına hazır olub-olmamasına dair suala cavabında bildirib.  

Jurnalistin “Bu o demək deyilmi ki, ABŞ ilkin şərtlər irəli sürmədən danışıqlara hazırdır?” sualına D.Tramp “Bu o demək deyil, mənim dediyim tam başqadır”, - deyə bildirib.      

“Kim Çen In yaxşı bilir ki, mən zarafat etmirəm. O bunu anlayır. Bununla belə, biz bir çox insanların nail olmağa çalışdığı sülh və düzgün qərara nail ola bilsək – bu bütün bəşəriyyət, bütün dünya üçün yaxşı olacaq”, - deyə dövlət başçısı bildirib.   

Tramp həmçinin, Cənubi Koreya-KXDR danışıqlarını dəstəklədiyini bildirib və lazımi məqamda ABŞ-ın da danışıqlara qatılacağını istisna etməyib.  

Bundan əvvəl ABŞ yalnız Pxenyanın nüvə və raket sınaqlarına son qoyacağı təqdirdə KXDR-lə dialoq aparacağını bəyan edib.  

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya və KXDR nümayəndələri arasında telefon danışığı olub. Danışıqlar zamanı Şimali Koreya idmançılarının Cənubi Koreyada  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti