“ABŞ uzun illərdir ki, İranın daxili işlərinə müdaxilə edir”

6-01-2018, 10:01
Oxunub: 74
ABŞ öz hökmranlığından sui-istifadə edərək İranda etirazlara dair BMT-nin iclasını çağırıb


ABŞ uzun illərdir ki, İranın daxili işlərinə müdaxilə edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru bəyan edib.

Səfirin sözlərinə görə, ABŞ öz hökmranlığından sui-istifadə edərək İranda etirazlara dair BMT-nin iclasını çağırıb.

“ABŞ uzun illərdir ki, İranın daxili işlərinə müdaxilə edir. Əgər araşdırmalara ehtiyac duyulursa, əvvəlcə suveren ölkədə insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edənlər barəsində araşdırma aparılmadır. ABŞ həmçinin Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərindən geri çəkilir. ABŞ BMTTəhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərindən sui-istifadə edir. Bu, eyni zamanda Şuraya qarşı təhqirdir”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İrandakı vəziyyətlə əlaqədar iclas keçirilir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti