“ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla sazişini pozmaq üçün çağırıb”

6-01-2018, 09:52
Oxunub: 47
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib


Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır”, deyə diplomat qeyd edib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki bəyan edub, dünya ictimaiyyəti  İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir. "Dünya sizin nə etdiklərinizi izləyəcək " - deyə Heyli vurğulayıb.

Qeyd edək ki, BMT TŞ İrandakı vəziyyətlə əlaqədar iclas keçirir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.

İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti