Məşhur isveçrəli pianoçu Bakıda konsert verəcək

5-01-2018, 18:11
Oxunub: 70
“Rəqs edən buqi" musiqisi "Youtube"da 8,1 milyondan çox izlənilib


Məşhur isveçrəli pianoçu Silvan Zinq Bakıda konsert verəcək.

Report xəbər verir ki, S.Zinq yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.

S.Zanq buqi-vuqi və blüz ifa edən dünyanın ən məşhur pianoçularındandır. Mətbuat onu "buqi-vuqi kralı" adlandırır.

Buqi-vuqi ötən əsrin 20-ci illərinin sonunda və 40-cı illərinin ortalarında xüsusi piano musiqisi kimi blüz janrı əsasında yaranan musiqi janrıdır.

S.Zanq Çak Berri, Rey Çarlz, Keti Vebster, Semmi Prays, Memfis Slim, Tito Cekson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış edib. Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təsvir edirlər.

Onun ən böyük hiti olan “Rəqs edən buqi" musiqisi "Youtube"da 8,1 milyondan çox izlənilib.

O, 2002-ci ildən İsveçrədə uğurla keçirilən Luqano Beynalxalq Buqi-Vuqi Festivalının təsisçisidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti