Norveçdə elektrikli avtomobillərin satışı ənənəvi modelləri ötüb

5-01-2018, 17:18
Oxunub: 386
Elektrikli avtomobillərin ümumi avtomobil satışında xüsusi çəkisi 39,2% təşkil edib


 Norveçdə dekabr ayında yeni satılan avtomobillərin 52%-ni elektrikli və hibrid avtomobillər təşkil edib. Bu, indiyədək olan ən yüksək aylıq göstəricidir.

Report "Haberler" saytına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında bu göstərici 40%-ə bərabər olub.

Norveçdə satılan elektrikli avtomobillərin sayının artmasına səbəb "Tesla"nın bu ölkədən aldığı sifarişləri yerinə yetirməsi amili olub. Belə ki, "Tesla" bu ölkəyə 1 032 ədəd "Tesla S", 1 429 ədəd "Tesla X" avtomobil modellərini satıb.

2017-ci ilin yekununda Norveçdə elektrikli avtomobillərin ümumi avtomobil satışında xüsusi çəkisi 39,2% təşkil edib. Bu göstərici 2016-cı ildə 29,1% olub. Ölkədə ən çox satılan elektrikli avtomobil "Wolkswagen e-Golf" (12 164 ədəd) olub. Onu "BMW i3 " və "Toyota Rav4" izləyir. "Tesla"nın modelləri 4-cü və 5-ci sırada yer alıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti