AMB hərraca çıxardığı notların 68%-ni sata bilməyib

4-01-2018, 18:00
Oxunub: 134
Notların ödəmə tarixi 31 yanvar 2018-ci ildir


 Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Report BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor qiyməti 98,8882 manat (14,99%) – 98,9984 manat (13,48%) olan 9 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 062 300 manat (təklifin 32%-i qədər) olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8882 manat (14,99%), orta ölçülmüş qiyməti isə 98,9222 manat (14,52%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80 062 300 manat təşkil edib.

Notların ödəmə tarixi 31 yanvar 2018-ci ildir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti