Külli miqdarda pirotexniki vasitə müsadirə edilib

4-01-2018, 15:27
Oxunub: 393
Faktla bağlı araşdırma aparılır


 Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcəyi ilə yanacaq çəninin arasında xüsusi düzəldilən yerdən gömrük nəzarətindən gizlədilən, hər birində 40 ədəd olmaqla üzərində "Black Devil EK 23" yazısı olan 15 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti