İtaliya klubunun baş məşqçisi istefaya göndərilib

4-01-2018, 10:46
Oxunub: 178
Turin derbisində uduzan "Torino" mübarizəni dayandırıb


Sinişa Mixayloviç İtaliyanın "Torino" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. Report-un məlumatına görə, bu, ölkə kubokunun 1/4 finalında "Yuventus"a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.

Turin derbisində uduzan "Torino" mübarizəni dayandırıb. "Yuventus" isə yarımfinalda "Atalanta"ya rəqib olub. Digər yarımfinalda "Milan"la "Latsio" üz-üzə gələcək. İlk görüşlər yanvarın 31-də, cavab qarşılaşmaları isə fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Sinişa Mixayloviç bu komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi. O, əvvəllər "Milan", "Sampdoriya", "Fiorentina", "Kataniya", "Bolonya" klublarında və Serbiya yığmasında çalışıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti