Britaniyada qasırğa 20 mindən çox insanı işıqsız qoyub

3-01-2018, 18:55
Oxunub: 289
"Eleanor" qasırğasının Krallıq ərazisində davam edəcəyi proqnozlaşdırılır


Böyük Britaniyada cərəyan edən "Eleanor" qasırğası nəticəsində yanvarın 3-nə keçən gecə 20 mindən çox ev təsərrüfatı elektrik enerjisindən məhrum olub.

Report xəbər verir ki, hazırda elektrik enerjisi verilişi qismən bərpa olunub.

Mərkəzi İngiltərəni elektrik enerjisi ilə təchiz edən "Western Power Distribution" şəbəkə şirkəti pis hava şəraiti səbəbindən yaranan problemi yerli vaxtla günorta saatlarına qədər aradan qaldırmağa çalışsa da, bu, mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Meteoroloqlar "Eleanor" qasırğasının Krallıq ərazisində hələ bir müddət davam edəcəyini proqnozlaşdırır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti