Parisdə əlverişsiz hava səbəbindən Eyfel qülləsi bağlanıb

3-01-2018, 17:02
Oxunub: 1035
Ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub


Fransanın paytaxtı Parisin əsas rəmzlərindən olan Eyfel qülləsi "Eleanor" qasırğasının səbəb olduğu güclü külək ilə əlaqədar ziyarətçilər üçün müvəqqəti bağlanıb.

Bu barədə Report "RİA Novosti"yə istinadən xəbər verir.

Fransa meteoroloji xidmətinin məlumatına görə, bəzi yerlərdə sürəti saatda 140 kilometrə çatan güclü külək səbəbindən ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub.

Fransa Fövqəladə Hallar Xidmətindən AFP-yə verilən məlumata əsasən, qasırğa nəticəsində bəzi departamentlərdə 9 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Daha əvvəl "Enedis" milli elektrik təchizatı şirkətindən Fransada 200 min evin qasırğa səbəbiylə elektrik enerjisiz qaldığı bildiriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti