Naxçıvan məhkəmələrinə hakim və sədrlər təyin edilib - SİYAHI

3-01-2018, 15:12
Oxunub: 145
Bu sərəncam yanvarın 22-də qüvvəyə minəcək


Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Report-un xəbərinə görə, sərəncamla Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Zülfüqar Əziz oğlu Əhmədov Sədərək Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Faiq İnqilab oğlu Heydərov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib

Bu sərəncam yanvarın 22-də qüvvəyə minəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti