Şimali Koreya rəsmisi Koreya Respublikasına zəng edib

3-01-2018, 15:08
Oxunub: 458
Daha əvvəl KXDR lideri Kim Çen İn Seul ilə danışıqlar aparılmasına razılıq verib


Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının nümayəndələri "qaynar xətt"in bərpasından sonra Phanmuncom sərhəd zonasında son iki ildə ilk dəfə telefonla danışıblar.

Bu barədə Report "Yonhap" agentliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, zəngi Şimali Koreya rəsmisi edib.

Danışıqların detalları barədə məlumat verilmir.

Xatırladaq ki, daha əvvəl KXDR lideri Kim Çen İn Seul ilə danışıqlar aparılmasına razılıq verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti