“Barselona” “Liverpul”a 150 milyon avro təklif edib

2-01-2018, 17:25
Oxunub: 188
110 milyonu nəğd, 40 milyonu isə bonus şəkilində olacaq


İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərənin “Liverpul” klubuna növbəti dəfə təklif göndərib.

Report “Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı hücumameylli yarımmüdafiəçi üçün mersisaydlılara 150 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. 

Həmin məbləğin 110 milyonu nəğd, 40 milyonu isə bonus şəkilində olacaq.

Qeyd edək ki, “Barselona” yay fəsiləsində Koutinyo üçün “Liverpul”a bir neçə dəfə təklif göndərib. Lakin İngiltərə klubu onu satmaqdan imtina edib. 2013-cü ildə İtaliya “İnter”indən alınan braziliyalı özü isə “Barselona”ya transfer olunmaqda israrlıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti