"Qarabağ münaqişəsinin həlli üçün cəhdlərimizi davam etdirəcəyik"

2-01-2018, 11:47
Oxunub: 32
ABŞ, Fransa və Rusiya birlikdə münaqişənin həlli istiqamətində cəhdləri davam etdirəcəklər


"İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək". 

Report ATƏT-in saytına istinadən xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: "İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 + 2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti