"Bitcoin"in bazar payı tarixinin ən minimal səviyyəsinə enib

2-01-2018, 11:44
Oxunub: 224
Həmin tarixdə onun kriptovalyuta bazarı kapitallaşmasında payı 37,55% təşkil edib


Bu gün "bitcoin"in kriptovalyuta bazarı kapitallaşmasında payı tarixinin ən minimal səviyyəsi olan 36%-ə enib.

Report xəbər verir ki, bundan əvvəl "bitcoin"in bazar payında ən minimal hədd 2017-ci ilin iyun ayının 20-də qeydə alınıb. 

Həmin tarixdə onun kriptovalyuta bazarı kapitallaşmasında payı 37,55% təşkil edib.

Qeyd edək ki, hazırda "bitcoin"in qiyməti 13 400 dollar, onun bazar kapitallaşması 224,6 mlrd. dollardır. Kriptovalyuta bazarının məcmu kapitallaşması isə 620 mlrd. dollara bərabərdir. Bazarda 1 381 kriptovalyuta və 7 442 birja fəaliyyət göstərir.

Xatırladaq ki, "bitcoin"in qiyməti 2017-ci ilin dekabrın 17-də 20 078 dollar, kapitallaşması isə 336,2 mlrd. dollar olub. Bu zaman onun bazar payı 55% təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, "bitcoin"in bazar payı tədricən azalmaqda davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti